Türkiyə Suriyadakı son müşahidə qərargahını tərk edib
Türkiyə ordusu özünün Suriyanın Hələb şəhərinin ətrafında yerləşən Əlhizbət-Əlxəzra bölgəsindəki son müşahidə qərargahını tərk edib.
SəhərAzəri xəbər verir, beləliklə Suriya ordusunun nəzarəti altında olan bölgələrdə heç bir digər qərargah qalmayıbdır.
Türkiyənin ordu qüvvələri dünən öz hərbi təchizatlarını daşıyan 20 yük maşınını Hələbin cənubunda yerləşən Ələys qəsəbəsinin ətrafından çəkiblər.
Rusiyanın hərbi polis qüvvələri də Türkiyənin yük maşınlarını müşayiət ediblər.
Türkiyə 20 gün bundan öncə bu qərargahın yığışdırılması işinə başlamışdı.
Əlhizbət-Əlxəzra bölgəsindəki müşahidə qərargahı Türkiyə ordusunun Suriya hökumətinin nəzarəti altında olan bölgələrdəki sonuncu qərargahı idi.
Türkiyə Rusiya hökumətilə razılaşmanın ardınca bundan öncə «Əlraşidin», «Əlşeyx Əqil-Qəbətan Əlcəbəl», «Cəbəl Əndan» və «Muəmməl Əlkurani» müşahidə nöqtələrindən geri çəkilmişdi.