Türkiyədə üç günlük karantin rejimi tətbiq olunub
https://azeri.sahartv.ir/news/türkiyə-i371480-türkiyədə_üç_günlük_karantin_rejimi_tətbiq_olunub
Yeni növ koronavirus (COVID-19) infeksiyasına mübarizə tədbirləri çərçivəsində Türkiyədə üç günlük karantin rejimi qüvvəyə minib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 01, 2021 05:40 Asia/Baku
  • Türkiyədə üç günlük karantin rejimi tətbiq olunub

Yeni növ koronavirus (COVID-19) infeksiyasına mübarizə tədbirləri çərçivəsində Türkiyədə üç günlük karantin rejimi qüvvəyə minib.

SəhərAzəri xəbər verir, yeni növ koronavirus (COVID-19) infeksiyasına mübarizə tədbirləri çərçivəsində Türkiyədə üç günlük “Evdə qal” rejimi qüvvəyə minib.

Dekabrın 31-də yerli vaxtla saat 21.00 başlayan proses 2021-ci il yanvarın 4-də saat 5.00-a kimi qüvvədə olacaq.

Yanvarın 4-də axşam saat 21.00-da isə həftənin ilk beş gününə şamil edilən gündəlik “Evdə qal” rejimi tətbiq olunacaq.

Qeyd edək ki, COVID-19 infeksiyasının yayılma riskinə görə, Türkiyədə Yeni il şənliklərinin keçirilməsi qəti qadağandır.