2020-ci ildə Türkiyə ixracatında rekord qeydə alınıb
https://azeri.sahartv.ir/news/türkiyə-i371692-2020_ci_ildə_türkiyə_ixracatında_rekord_qeydə_alınıb
Türkiyənin ticarət naziri 2020-ci ili rekordla başa vurduqlarını bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 06, 2021 18:24 Asia/Baku
  • 2020-ci ildə Türkiyə ixracatında rekord qeydə alınıb

Türkiyənin ticarət naziri 2020-ci ili rekordla başa vurduqlarını bildirib.

SəhərAzəri xəbər verir, Ruhsar pekcan deyib: “2020-ci ilin dekabr ayında Türkiyə ixracatı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 16 faiz artaraq, 17 milyard 844 milyona çatıbdır. Bu Türkiyə tarixində ən yüksək aylıq göstərici sayılır.

O, əlavə edib: “2020-ci ildə Türkiyədən 169,5 milyard dollarlıq ixracat reallaşıbdır ki, bu da Türkiyə və ixracatçılar üçün bir uğurdur".

Türkiyənin ticarət naziri sözlərinin davamında deyib: “Keçən ilin son üç ayında da üç aylıq ixracat rekordu yeniləndi".

Ruhsar Pekcanın sözlərinə görə, keçən il Türkiyənin idxalatı da 4,3 faiz artaraq, 219,4 milyard dollara çatıbdır. 2020-ci ildə Türkiyənin qızıldan başqa digər idxalatının dəyəri 194,2 milyard dollar olubdur.