Yan 06, 2021 23:40 Asia/Baku
  • Türkiyədə benzinin qiyməti bahalaşıb

Türkiyədə benzinin bir litrinin qiyməti 11 kuruş (4,9 qəpik) bahalaşıb.

SəhərAzəri Anadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyə Enerji Neft Qaz Quraşdırma Stansiyaları İşəgötürənlər Birliyindən məlumat verilib.

Qeyd edək ki, Türkiyədə yanacaq satışı ilə fəaliyyət göstərən şirkətlərin təklif etdikləri qiymətlər rəqabətə uyğun olaraq bir-birindən az da olsa fərqlənir. Bu səbəbdən də əvvəllər olduğu kimi qiymət artımından sonra da Ankara, İstanbul və İzmir bölgələrində benzinin qiyməti bir-birindən cüzi fərqli olacaqdır.

Teqlər