Yan 09, 2021 22:42 Asia/Baku
  •  Qərb Türkiyəyə qarşı ikili standartlar siyasətini davam etdirir

Türkiyə prezidenti deyib: "Son vaxtlar Avropa və Amerikadakı bir çox hadisələr ölkəmizə qarşı nümayiş etdirilən ikili standartı yenidən gündəmə gətirdi".

SəhərAzəri xəbər verir, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Diyarbəkir-Ərgani-Elazığ kommunikasiya yollarının açılış mərasimində etdiyi çıxışında qeyd edib: "Son vaxtlar Avropa və Amerikadakı bir çox hadisələr ölkəmizə qarşı nümayiş etdirilən ikili standartı yenidən gündəmə gətirdi.

Onlar Türkiyəni demokratiya və hüquq azadlıqlarını məhdudlaşdırmaqda ittiham edirdilər və bu gün özləri ittihamların hədəfinə çevriliblər".

Ərdoğan vurğulayib ki, Türkiyə uzun illər terrorla mübarizə aparan ölkə olub. Və Türkiyə xalqı onun birliyinə çirkin siyasi oyunlarla hücum edənləri həmişə məyus edibdir.

Teqlər