Yan 11, 2021 18:43 Asia/Baku
  • Türkiyə və Liviyanın müdafiə nazirləri görüşüblər

Liviyanın Milli Birlik Hökumətinin müdafiə naziri İstanbulda Türkiyəli həmkarı ilə görüşüb və fikir mübadiləsi aparıb.

SəhərAzəri xəbər verir, Türkiyənin Milli Müdafiə Nazirliyi bir bəyanat yayaraq, bildirib ki, Türkiyənin müdafiə naziri Hulusi Akar və Liviyanın müdafiə naziri Səlahəddin Nemruş bu görüşdə ikitərəfli əlaqələrin genişləndirilməsi yollarını araşdırıblar.

Türkiyənin müdafiə naziri bu görüşdə Liviyada sülh vә sabitliyin tәmin edilməsi üçün bu ölkəyə dəstək verilməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, 2019-cu il noyabrın 27-də Türkiyə Aralıq dənizində enerji ehtiyatlarını araşdırıb, çıxarmaq məqsədilə Liviyanın Milli Birlik Hökuməti ilə təhlükəsizlik və dəniz əməkdaşlıqları üzrə iki anlaşma sənədi imzalayıb.

Liviya məsələsinə ciddi şəkildə müdaxilə edən Türkiyə Faiz Əl-Sirac hökumətini Xəlifə Həftərin rəhbərlik etdiyi Liviyanin Milli Ordusu adlanan qrup qarşısında rəsmən müdafiə edir.

Teqlər