Türkiyədə yeni koronavirusdan peyvənd prosesi başlanacaq
https://azeri.sahartv.ir/news/türkiyə-i371917-türkiyədə_yeni_koronavirusdan_peyvənd_prosesi_başlanacaq
Ərdoğan Türkiyədə bu həftənin sonundan kütləvi peyvəndin başlayacağını açıqlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 12, 2021 05:18 Asia/Baku
  • Türkiyədə yeni koronavirusdan peyvənd prosesi başlanacaq

Ərdoğan Türkiyədə bu həftənin sonundan kütləvi peyvəndin başlayacağını açıqlayıb.

SəhərAzəri xəbər verir, Türkiyənin Nazirlər Kabinetinin iclasının nəticəsinə görə keçirilən brifinqdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, bu ölkədə yeni koronavirusdan peyvənd prosesi bu həftənin sonunda başlanacaq.

Dövlət başçısı deyib: "COVID-19-a qarşı peyvənd prosesinə müəyyən edilmiş qaydaya uyğun olaraq cümə axşamı və ya cümə günü başlayacaqlar".

Rəcəb Tayyib Ərdoğan həmçinin qeyd edib ki, hakimiyyət ölkədə virusa yoluxma sayının azalması ilə əlaqədar COVID-19-un yayılmasına mübarizə üzrə tədbirlər çərçivəsində tətbiq edilmiş məhdudiyyətləri tədricən yumşaldacaq.