Ərdoğan NATO-nu Türkiyəni tək qoymaqda ittiham etdi
https://azeri.sahartv.ir/news/türkiyə-i371986-Ərdoğan_nato_nu_türkiyəni_tək_qoymaqda_ittiham_etdi
Avropa İttifaqı və NATO-nun təhlükəsizliyi bizim şərq sərhədlərindən başlayır. Biz NATO çərçivəsində terrorizmlə mübarizədə əməkdaşlıqdan heç vaxt imtina etməmişik. Bu bəyanatla Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğan çıxış edib
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 13, 2021 16:05 Asia/Baku
  • Ərdoğan NATO-nu Türkiyəni tək qoymaqda ittiham etdi

Avropa İttifaqı və NATO-nun təhlükəsizliyi bizim şərq sərhədlərindən başlayır. Biz NATO çərçivəsində terrorizmlə mübarizədə əməkdaşlıqdan heç vaxt imtina etməmişik. Bu bəyanatla Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğan çıxış edib

SəhərAzəri xəbər verir, NATO-nu terrorizmlə mübarizədə ölkəsinə kifayət qədər yardım etməməkdə ittiham edən Ərdoğan qeyd edib ki, NATO ölkələri terrorizmlə mübarizədə Türkiyədə tək qoydu.

O, həmçinin Birləşmiş Ştatları kürd yaraqlılarına dəstələrinə yardım etməkdə ittiham edib və deyib:

"Silahla dolu minlərlə yük maşını, nəqliyyat vasitələri terror qruplaşmalarına yönləndirilib. Onlar isə bundan istifadə edərək bizə qarşı müharibəyə başladı. NATO üzvü olaraq biz onlarla mübarizə aparırıq və aparacağıq".