Yan 14, 2021 18:50 Asia/Baku
  • Türkiyədə koronavirusa qarşı ümumi vaksinasiya başlanıb

Türkiyədə ümumi inyeksiyanın birinci mərhələsində tibb mərkəzlərinin əməkdaşlarına vaksin vurulacaq.

SəhərAzəri xəbər verir, Türkiyənin əczaçılıq və tibb avadanlıqları təşkilatı dünən Çin şirkəti Sinovak-dan satın alınmış Vak peyvəndindən fövqəladə istifadə üçün lisenziya verdi.

Türkiyənin səhiyyə naziri Fəxrəddin Koca və bu ölkədə koronavirusla mübarizə komitəsinin üzvləri dünən bu lisenziyanın verilməsindən sonra Ankara Şəhər Xəstəxanasında vaksin ilə ilk inyeksiya edilən şəxslərdən oldular.

Türkiyənin səhiyyə naziri qeyd edib ki, ümumi vaksinasiyada ən vacib məsələ, şəffaflıqdır. O, vurğulayıb ki, Vak peyvəndi bütün mərhələ və sınaqlardan keçib və kifayət qədər etibarlıdır.

Teqlər