Yan 14, 2021 19:38 Asia/Baku
  • Ərdoğan COVID-19-a qarşı peyvənd edildi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan canlı yayımda koronavirusa qarşı peyvənd edilib.

SəhərAzəri xəbər verir,  dövlət başçısına Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" vaksini vurulub.

peyvəndləmə prosesi Ankara Şəhər Xəstəxanasında baş tutub.

Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib ki, koronavirusa qarşı peyvənd iki mərhələdə tətbiq olunur. İkinci peyvənd 28 gün sonra vurulacaq.

Qeyd edək ki, Türkiyədə koronavirusa qarşı kütləvi vaksinasiya prosesinə başlanılıb. İlk olaraq tibb işçilərinin peyvəndlənməsinə start verilib. Tibb işçilərindən sonra yaşlı insanlar peyvənd olunacaq. 

Xatırladaq ki, Türkiyədə vaksinasiya prosesində Çinin “Sinovak” əczaçılıq korporasiyası tərəfindən hazırlanmış “Koronavak” inaktiv peyvəndindən istifadə olunur.

Türkiyənin Əczaçılıq və Tibbi Ləvazimat Təşkilatı laborator şəraitdə 14 gün araşdırma apardıqdan sonra ölkə ərazisində "CoronaVac" vaksininin tətbiqinə icazə verib.

Ötən gün Türkiyənin səhiyyə naziri Fahrettin Koca və bir sıra şəxslər koronavirusa qarşı peyvənd edilib. Bu gündən etibarən isə bütün ölkə ərazisində tibb işçilərinin vaksinasiyasına başlanılıb.

Teqlər