Koronavirus vaksininin ikinci partiyası Türkiyə yolundadır
https://azeri.sahartv.ir/news/türkiyə-i372159-koronavirus_vaksininin_ikinci_partiyası_türkiyə_yolundadır
Türkiyənin səhiyyə naziri Çindən satın alınmış COVID-19 vaksinlərinin ikinci yükünün iki həftədən sonra bu ölkəyə daxil olacağından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 17, 2021 16:24 Asia/Baku
  • Koronavirus vaksininin ikinci partiyası Türkiyə yolundadır

Türkiyənin səhiyyə naziri Çindən satın alınmış COVID-19 vaksinlərinin ikinci yükünün iki həftədən sonra bu ölkəyə daxil olacağından xəbər verib.

SəhərAzəri xəbər verir, Fəxrəddin Koca deyib: Tezliklə Çin məhsulu olan on milyon doza koronavirus peyvəndi Türkiyəyə daxil olacaq.

Bundan öncə Türkiyənin bəzi rəsmiləri, o sıradan bu ölkənin prezidenti Rəcəb Tayyıb Ərdoğan kameraların önündə Çin vaksinini vurdurdular.

Son statistikalara görə, indiyədək Türkiyədə iki milyon 380 min 665 nəfər koronavirusa yoluxubdur ki, bu miqdardan 23 min 883 nəfər həyatını itiribdir.