Türkiyədə inşa edilməkdə olan AES-də partlayış baş verib
https://azeri.sahartv.ir/news/türkiyə-i372255-türkiyədə_inşa_edilməkdə_olan_aes_də_partlayış_baş_verib
Türkiyənin cənubunda yerləşən Mersin şəhərindəki «Ak Kuyu» Atom Elektrik Stansiyasının təsisatlarında dinamit partlayışı nəzərəçarpacaq xəsarətlərə səbəb olub.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Yan 20, 2021 09:27 Asia/Baku
  • Türkiyədə inşa edilməkdə olan AES-də partlayış baş verib

Türkiyənin cənubunda yerləşən Mersin şəhərindəki «Ak Kuyu» Atom Elektrik Stansiyasının təsisatlarında dinamit partlayışı nəzərəçarpacaq xəsarətlərə səbəb olub.

SəhərAzəri Türkiyənin cənubunda yerləşən Mersin şəhərindəki «Ak Kuyu» Atom Elektrik Stansiyasının təsisatlarında dinamit partlayışı nəzərəçarpacaq xəsarətlərə səbəb olub.

 

Partlayış dünən gecə çox miqdarda dinamitdən qeyri-münasib istifadəyə görə baş verib.

Partlayışın şiddəti nəticəsində 86 yaşayış evinə böyük ziyan dəyib. Dəhşətə gəlmiş sakinlər küçələrə axışıblar.

Mersin valiliyi bir məlumatda bu hadisəni təsdiq edib. Bildirib ki, zərər çəkmiş mənzillərin xəsarətləri mümkün olan ən qısa zamanda aradan qaldırılacaq.

Hadisədə ehtimal edilən tələfat barədə bir xəbər yayılmayıb. Partlayışın başvermə səbəbi və tərzi, eləcə də səhlənkarlığın mövcud olması ehtimalı barədə təhlükəsizlik və məhkəmə təhqiqatları davam edir.