Türkiyədə Gülən qrupu ilə əlaqədə olmaq ittihamı üzrə həbslər davam edir
Türkiyə təhlükəsizlik qüvvələri Gülən qrupu ilə əlaqədə olmaq ittihamı ilə yetmişdən çox adamı həbs ediblər.
SəhərAzəri xəbər verir, Ankara baş prokurorluğu bu gün Gülən qrupu ilə həmkarlıqda və uğursuz 15 iyul 2016-cı il çevrilişində əli olmaqda şübhəli bilinən yetmiş bir nəfərin həbs edilməsi barədə sanksiya verib və təhlükəsizlik qüvvələri onları həbs ediblər.
Bu gün Türkiyə təhlükəsizlik qüvvələrinin həmin ölkənin iyirmi vilayətində eyni vaxtda keçirilən əməliyyatı koronavirusun bu ölkədə yayılmasına görə yaranmış fasilədən sonra bərpa olunub. Cümə günü də həmin bəhanə ilə otuz beş nəfər həbs edilmişdi.
Elan olunmuş statistikalara görə, bu günə qədər Türkiyədə iki milyon dörd yüz min nəfərdən çox insan bu xəstəliyə yoluxub və təqribən 25 min nəfər də bu xəstəlik nəticəsində həyatını itiribdir.