Fev 02, 2021 10:15 Asia/Baku
  • Moskva Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Ankara ilə danışıqlara təkid edib

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Moskva-Ankara münasibətlərinə toxunaraq, Dağlıq Qarabağdakı böhranla bağlı Türkiyə ilə danışıqların davam etdirilməsinin zəruriliyini vurğulayıb.

SəhərAzəri xəbər verir, Dmitri Medvedev Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ankara ilə aparılan danışıqlara işarə ilə bildirib: Türkiyə bizim qonşumuz və çox vacib bir tərəfdaşımızdır. Azərbaycan Respublikası üçün də çox yaxın ölkədir. Bu amilə göz yummaq olmaz.

O, Rusiya prezidenti Vladimir Putin ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı əlaqələrə toxunaraq deyib ki, xoşbəxtlikdən, iki ölkə arasında yaxşı və faydalı məsləhətləşmələr aparılır.

Medvedev sonra Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsə və bütün hərbi əməliyyatların dayandırılmasına nəzarət üzrə Birgə Rusiya-Türkiyə Mərkəzinin yaradılması və işə başlamasına işarə edib. Bildirib ki, bu mərkəz bölgədə həm də ümumi sabitləşmə elementi sayılır.

Dağlıq Qarabağın statusuna toxunan Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini deyib ki, bu bölgədə vəziyyət normallaşıb və nəzərə alına bilinəsi ən mühüm məsələ, inkişaf fürsətlərinin yaradılması və insanların öldürülməmələridir.

Qeyd edək ki, Rusiya və Türkiyə yanvarın 30-da Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsə və bütün hərbi əməliyyatların dayandırılmasına nəzarət üzrə Birgə Rusiya-Türkiyə Mərkəzini açdıar.

Teqlər