Fev 11, 2021 10:23 Asia/Baku
  • Ərdoğan Türkiyənin yeni əsas qanununun işlənib hazırlanmasına təkid edib

Türkiyə prezidenti bu ölkənin siyasi partiyalarını Türkiyənin yeni əsas qanununun işlənib hazırlanmasına dəstək verməyə çağırıb.

SəhərAzəri xəbər verir, Rəcəb Tayyıb Ərdoğan deyib ki, Türkiyənin siyasi partiyalarının dəstəyilə bu ölkədə yeni əsas qanunun ilkin mətninin qəbul edilməsinə çalışır.

Belə bir halda, bundan öncə bəzi Türkiyə partiyaları Ərdoğanın yeni əsas qanunun ilkin mətninə dair təklifinə qarşı çıxmışdılar. Onlar bildirmişdilər ki, bu hərəkətlə Ərdoğanın daxili gücünün tətbiqi üzrə vasitələr daha da artacaqdır.

Türkiyə hökuməti dörd il bundan qabaq, yəni 2017-ci ildə/ hökumətə qarşı uğursuz 2016-cı il hərbi çevrilişindən sonra Ərdoğanın istəyi ilə və bir referendumun keçirilməsindən sonra yeni əsas qanun tətbiq etmişdi ki, ona əsasən, bu ölkənin hökumət quruluşu parlament sistemindən prezidentlik sisteminə dəyişdi.

Teqlər