Taliban: “Türkiyədəki danışıqlara qatılmayacağıq”
https://azeri.sahartv.ir/news/türkiyə-i375733-taliban_türkiyədəki_danışıqlara_qatılmayacağıq
Taliban Əfqanıstanda sülhün qurulması üçün Türkiyədə planlaşdırılan danışıqların bu həftə ediləcəyi təqdirdə danışıqlara qatılmayaacağını açıqlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 13, 2021 20:15 Asia/Baku
  • Taliban: “Türkiyədəki danışıqlara qatılmayacağıq”

Taliban Əfqanıstanda sülhün qurulması üçün Türkiyədə planlaşdırılan danışıqların bu həftə ediləcəyi təqdirdə danışıqlara qatılmayaacağını açıqlayıb.

SəhərAzəri xəbər verir ki, Türkiyə ABŞ-ın təşəbbüsü ilə başladılan Birləşmiş Millətlər Təşkilatı ilə Qətərin də qatılacağı sülh danışıqlarına ev sahibliyini edir.

 Diplomatlar və məlumatlı rəsmilər danışıqların 16 apreldə başlaması və son 10 gün davam etməsinin planlaşdırıldığını bildirmişdilər, ancaq danışıqların cədvəli rəsmi olaraq açıqlanmamışdı.

 Talibanın sözçüsü Məhəmməd Naeem belə bir açıqlama verib: “16 apreldə Türkiyədəki danışıqlara qatıla bilmərik və bunu Türkiyəyə xəbər vermişik”.

 Naeem daha sonrakı bir tarixdə danışıqlara qatılıb qatılmayacaqları ilə əlaqədar isə, bunları deyib: “Bu danışıqlarda iştirak etməklə bağlı qərar qəbul etmək üçün danışıqlarımız davam edir”.