Apr 24, 2021 16:58 Asia/Baku
  • Türkiyədən Şərqi Qüdsdəki zorakı hadisələrə reaksiya

Türkiyə xarici işlər nazirliyi bir bəyanatda Şərqi Qüdsdə baş verən son zorakı hadisələrlə bağlı nigarançılıq ifadə edib.

SəhərAzəri xəbər verir kia. Türkiyə xarici işlər nazirliyi bu bəyanatda bildirib: Dünən qədim Şərqi Qüds şəhərinin Dəməşq darvazasında edilən təhrikedici hərəkətlər təhlükəli və nigaranedicidir.

Türkiyə xarici işlər nazirliyi eyni zamanda uşaq öldürən və işğalçı sionist rejimi ramazan ayında nifrət və təhrik yerinə, sülh və dözüm atmosferi yaratmaqla məşğul olmağa çağırıb!

Sionist rejim hərbçiləri dünən/ Məsciduləqsada mübarək ramazan ayının ikinci cümə namazını qılmaq üçün yüzlərlə fələstinlinin İordan çayının qərb sahilindən işğal olunmuş Qüdsə daxil olmasının qarşısını aldılar. Sionist hərbçilərin fələstinli oruc tutanlara qarşı vəhşiliklərinə rəğmən, on minlərlə fələstinli mübarək ramazan ayının ikinci cüməsində Məsciduləqsada cümə namazı qılıb.

Fələsinlilər mübarək ramazan ayının əvvəlindən bəri, sionist rejim hərbçilərinin bu ay münasibətilə Məsciduləqsanın ətrafı xüsusiyyət təşkil etməklə işğal olunmuş Qüdsdə toplantı və mərasimin keçirilməsini əngəlləmələrinə görə, dəfələrlə sionist qüvvələrlə toqquşublar.

Teqlər