ABŞ-ın Türkiyədəki diplomatik idarələri müvəqqəti bağlanır
https://azeri.sahartv.ir/news/türkiyə-i376269-abŞ_ın_türkiyədəki_diplomatik_idarələri_müvəqqəti_bağlanır
ABŞ-ın Türkiyədəki səfirliyi və konsulluğu mümkün etiraz aksiyaları səbəbindən "təhlükəsizlik tədbirləri" qismində bazar ertəsi və çərşənbə axşamı günləri bağlı olacağını elan edib.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Apr 25, 2021 05:57 Asia/Baku
  • ABŞ-ın Türkiyədəki diplomatik idarələri müvəqqəti bağlanır

ABŞ-ın Türkiyədəki səfirliyi və konsulluğu mümkün etiraz aksiyaları səbəbindən "təhlükəsizlik tədbirləri" qismində bazar ertəsi və çərşənbə axşamı günləri bağlı olacağını elan edib.

SəhərAzəri xəbər verir ki, bu barədə diplomatik idarənin yaydığı press-relizdə bildirilir.

Məlumatda qeyd olunur ki, ABŞ prezidentinin qondarma "erməni soyqırımı" ilə bağlı bəyanatından sonra nümayiş və yaxud etiraz aksiyaları keçirilə bilər. Bu səbəbdən ABŞ-ın Ankaradakı səfirliyi, İstanbuldakı baş konsulluğu, Adanadakı konsulluğu və İzmirdəki konsulluq agentliyi aprelin 26-da və 27-də işləməyəcək.

Təcili yardıma ehtiyacı olan ABŞ vətəndaşlarına diplomatik idarələrlə telefon və ya elektron poçt vasitəsilə əlaqə saxlamaq tövsiyə edilir.