"Qanlı əllərinizlə Qəzzədə tarix yazırsınız"
https://azeri.sahartv.ir/news/türkiyə-i377128-qanlı_əllərinizlə_qəzzədə_tarix_yazırsınız
Türkiyə prezidenti ABŞ hökumətinin sionist İsrailə silah satışını təsdiqlənməsini qınayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 18, 2021 08:24 Asia/Baku

Türkiyə prezidenti ABŞ hökumətinin sionist İsrailə silah satışını təsdiqlənməsini qınayıb.

SəhərAzəri-nin məlumatına əsasən, Amerika dövlət başçısı Co Baydeni tənqid edən Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan bildirib ki, silah satışına razılıq verməklə ABŞ Qəzzədə törədilən zülmün yanında yer alır.

Nazirlər Kabineti iclasından sonra açıqlama verən prezident Birləşmiş Ştatların Yaxın Şərq məsələlərində tamamilə qərəzli siyasət yürütdüyünü söyləyib. "Baydenin İsrailə silah satışına dair imzasını gördük. 850 min silah satışı... Cənab Bayden, "erməni soyqırımı" məsələsində ermənilərin yanında dayandınız. İndi də təəssüf ki, qanlı əllərinizlə bu hadisələrin tarixini yazırsınız. Fələstin torpaqları qanla yuyulur, siz buna dəstək verirsiniz", -deyə cənab Ərdoğan vurğulayıb.