Türkiyə xalqı ABŞ-a etiraz etdi
https://azeri.sahartv.ir/news/türkiyə-i377218-türkiyə_xalqı_abŞ_a_etiraz_etdi
Türkiyədə siyasi qruplar, vətəndaş və sosial qurumların bir hissəsi, həmçinin partiyaların və gənclər cəmiyyətinin nümayəndələri Kurcik və İncirlik amerikan bazalarının qarşısında etiraz aksiyası keçiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 21, 2021 07:57 Asia/Baku
  • Türkiyə xalqı ABŞ-a etiraz etdi

Türkiyədə siyasi qruplar, vətəndaş və sosial qurumların bir hissəsi, həmçinin partiyaların və gənclər cəmiyyətinin nümayəndələri Kurcik və İncirlik amerikan bazalarının qarşısında etiraz aksiyası keçiriblər.

SəhərAzəri-nin məlumatına əsasən, aksiyaçılar Amerikanın düşmənçilik siyasətlərinə və sionist rejimi himayə etməsinə etiraz ediblər.

Dünən «Amerika, ar olsun!» və «İsrail, ar olsun!» kimi şüarlar verən etirazçılar Türkiyə ərazisində yerləşən Kurcik və İncirlik amerikan bazalarının yığışdırılmasını tələb ediblər.

Əllərində İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Qüds Qüvvələrinin şəhid komandanı- general pasdar Hac Qasem Soleymaninin şəklini turan aksiyaçılar, Amerika və sionizm ilə mübarizədə və regionda təhlükəsizliyin bərqərarında şəhid Qasem Soleymaninin yolu və məktəbinin davam etdirilməsinin önəminə təkid ediblər.