Türkiyə rəhbərliyi İsraili ifşa edir
Ərdoğan: "Dünya İsrailin terror rejimi olduğunu qəbul etməlidir"
Türkiyə prezidenti cümə günü etdiyi çıxışında dünyanın İsrail rejiminin terrorçu mahiyyətindən xəbərdar olmasının vacibliyini söyləyib.
SəhərAzəri-nin verdiyi məlumata görə, Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan deyib ki, dünya İsrail rejimini bir terror rejimi kimi tanımalıdır".
Cümə günü İstanbulda keçirilən bir mərasimdə çıxışı zamanı cənab Ərdoğan əlavə edib: "Fələstin bizi gözləyirdi və bu az yaşlı uşaqların fəryadı bizi gözləyir".
"Türkiyə İsrail rejiminin terrorçu mahiyyətini tanıtdırmaqda heç nədən əsirgəməyəcək və dünya bu rejimin terrorçu mahiyyətini dərk etməlidir", - deyə Ərdoğan qeyd edib.
Bu arada Türkiyə Xarici İşlər Nazirliyi də İsrail polisinin cümə namazından sonra fələstinlilərə müdaxiləsini pisləyib.
Qeyd edilir ki, əl-Əqsa məscidində fələstinlilərin qovulması əsnasında azı 20 nəfər xəsarət alıb.
“Qəzzədə atəşkəs, Qüdsdə hücum var! İsrail ikiüzlü və qeyri-səmimi mövqe nümayiş etdirməyə davam edir. İnam və din azadlığını məhdudlaşdıran bu vəhşiliyin sona çatması artıq zərurətdir", - deyə Xarici İşlər Nazirliyinin Twitter-dəki açıqlamasında deyilir.
Xatırladaq ki, Fələstin müqavimət qrupları ilə sionist rejim arasında toqquşma mayın 10-dan, Qüds və Əl-Əqsa məscidində hücumlara son qoymaqla bağlı Təl-Əvivə verilən ultimatumun sona çatması ilə başlayıb.
Cümə günü səhər saatlarınadək davam edən bu toqquşmalarda sionist rejim yaşayış massivlərini hədəfə alaraq, fələstinli qadınlar və uşaqları qanlarına qəltan edib. Fələstin müqavimət qrupları da bu cinayətlərə cavab olaraq, sionist rejimin mövqelərinə qarşı kütləvi raket hücumuna başlayıblar və "Dəmir Günbəz" sistemi bu raketlərin çoxunu izləməkdən aciz qalıb.
Dünən axşam çağı sionist rejimin mediaları atəşkəs ehtimalı haqqında məlumat verdikdən sonra bu rejimin nazirlər kabineti rəsmi olaraq, Misirin vasitəçiliyi ilə Qəzzə zolağında atəşkəsin bərqərar edilməsi ilə razılaşıbdır.
Fələstin müqavimət qrupları da atəşkəs elan edildikdən bir neçə saat sonra ayrı-ayrı bəyanatlar yayaraq, Təl-Əvivin atəşkəsə sadiq qalacağı müddətcə ona sadiq qaklacaqlarını bildiriblər.
UNİSEF-in məlumatına görə, İsrailin Qəzzə zolağının müxtəlif bölgələrinə etdiyi hücumlardan sonra təxminən 107 min insan evlərini tərk etmək məcburiyyətində qalıb.
UNİSEF, ən azı 50 təhsil müəssisəsinin və 20 səhiyyə təsisatının xəsarət aldığını və su xətlərinin təxminən əlli faizinin ziyan gördüyünü bildirib.