Ukrayna üstündə
Rusiya Türkiyəyə xəbərdarlıq etdi
Rusiyanın Xarici İşlər Nazirliyi Türkiyə hökumətinə Ukrayna ilə hərbi əməkdaşlıqları artırmaq barədə xəbərdarlıq edib.
SəhərAzəri-nin məlumatına əsasən, Rusiyanın xarici işlər nazirliyi Sergey Lavrov bazar ertəsi günü keçirdiyi mətbuat konfransında Türkiyəyə xəbərdarlıq edərək, deyib: "Bütün səviyyələrdə türkiyəli həmkarlarımıza məsləhət görürük ki, Ukrayna məsələsində situasiyanı analiz etsinlər və Kiyevin militarist əhval-ruhiyyəsini yemləməyi dayandırsınlar.".
"Ukraynanın aqressiv təşəbbüslərinin Krıma qarşı genişlənməsi Rusiyanın ərazi bütövlüyünə müdaxiləyə bərabər olacaq. Ümid edirik ki, Ankaranın xətti bizim qanuni qayğılarımız nəzərə alınaraq, korrektə ediləcək", - deyə Lavrov əlavə edib.
Türkiyə və NATO-nun digər üzvləri 2014-cü ildə Krım yarımadasının Ukraynadan ayrılmasını və referendum nəticəsində Rusiyaya ilhaq edilmıəsini tənqid ediblər və Ankara 2019-cu ildə Kiyevə pilotsuz təyyarələr satıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan keçən ay Rusiya və Ukrayna arasındakı gərginliyin gedişatında Kiyevə hərtərəfli dəstək verəcəyini vəd edib.
Son zamanlar Rusiya-Ukrayna münasibətləri kəskin şəkildə gərginləşib.
Hər iki ölkə dəfələrlə bir-birlərini Ukraynanın şərqindəki Donbas bölgəsində gərginliyi artırmaqda günahlandırıb.
Ukrayna Rusiyanı sərhədə qoşun yığmaqda günahlandırır, Moskva isə hərbi hərəkətlərinin Kiyevin təxribatçı hərəkətlərinə cavab olduğunu söyləyir.
Bu arada Qərb də Ukraynanı dəstəkləyir.
Qərblə Moskva arasındakı münasibətlər 2014-cü ildən bəri dörd əsasə məsələ yəni NATO-nun və xüsusilə də ABŞ-ın Rusiyanın sərhədi yaxınlığında hərbi təsir gücünün artırılması, Ukrayna böhranı, Baltik dənizi və Suriyadakı vəziyyətlə əlaqədar gərginləşib.