Ərdoğan Türkiyənin Avropa Birliyinə üzvlüyünün sürətləndirilməsini vurğulayıb.
Türkiyə prezidenti Türkiyənin və cənub-şərqi Avropanın digər ölkələrinin Avropa Birliyinə üzvlüklərinin sürətləndirilməsini vurğulayıb.
SəhərAzəri-nin məlumatına görə, Rəcəb Tayyıb Ərdoğan İtaliyada keçirilən cənub-şərqi Avropada əməkdaşlıq prosesi üzrə sammitin başlanmasından sonra keçirdiyi mətbuat konfransında yuxarıda qeyd olunan məsələnin zərurətinə təkid edib.
Ərdoğan Türkiyənin və Avropa Birliyinə daxil olmaq istəyən bütün ölkələrin üzvlük prosesinin sürətləndirilməsini bu avropalı orqan üçün faydalı adlandırıb.
Türkiyə 1999-cu ildən bəri Avropa Birliyinə üzv olmaq istəyir. Lakin Türkiyədə demokratiya zəifliyini bəhanə edən bu Avropa orqanı həmin ölkədə islahatlar üzrə tələblər irəli sürərək, bu günədək Ankaranın istəyinin reallaşmasını təxirə salıbdır.