Rus rəsmi Ankaranın planını rədd edib
https://azeri.sahartv.ir/news/türkiyə-i378248-rus_rəsmi_ankaranın_planını_rədd_edib
Rusiyanın Əfqanıstan məsələləri üzrə xüsusi nümayəndəsi deyib ki, Türkiyənin ABŞ-ın Əfqanıstandan çıxmasından sonra Kabil hava limanının təhlükəsizliyinin təmini üzrə proqramları Talibanla razılaşmanı pozur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 20, 2021 14:31 Asia/Baku
  • Rus rəsmi Ankaranın planını rədd edib

Rusiyanın Əfqanıstan məsələləri üzrə xüsusi nümayəndəsi deyib ki, Türkiyənin ABŞ-ın Əfqanıstandan çıxmasından sonra Kabil hava limanının təhlükəsizliyinin təmini üzrə proqramları Talibanla razılaşmanı pozur.

Zamir Kabulov Ria Novosti informasiya agentliyi ilə müsahibədə ABŞ ordusunun Əfqanıstandan geri çəkilməsini Vaşinqton üçün bir məğlubiyyət adlandırıb. Bildirib ki, Türkiyənin ABŞ-ın Əfqanıstandan çıxmasından sonra Kabil hava limanının təhlükəsizliyinin təmini üzrə proqramları Talibanla razılaşmanı pozmaqdan əlavə, bu ölkənin təhlükəsizliyinin təminində də təsirli olmayacaqdır.

Taliban qrupu da onu əfqanların iradə və istiqlaliyyətlərinin tapdanması kimi dəyərləndirərək, bunu bu ölkənin işğalının davam etməsi üzrə birtərəfli qərar adlandırıb.

Məlumatlara görə, NATO Brüsseldə keçirdiyi son iclasında qərara alıbdır ki, Türkiyə qüvvələrinə maliyyə dəstəyi versin və onlar da amerikalı hərbçilərin çıxışından sonra qərbli diplomatların Əfqanıstanda gediş-gəlişləri üçün Kabil hava limanının təhlükəsizliyini təmin etsinlər.