Konstruktiv addımlar atmaq üçün növbə, AB-dir
Türkiyə prezidenti Avropa Komissiyasının sədrilə telefon əlaqəsində Avropa Birliyi tərəfindən ikitərəfli əlaqələrdə müsbət addımların atılması vacibliyinə təkid edərək, deyibdir ki, Ankara ehtiyac olandan da çox dostcasına addımlar atıbdır.
SəhərAzəri-nin məlumatına əsasən, Rəcəb Tayyıb Ərdoğan dünən axşamçağı Avropa Komissiyasının sədri «Ursula fon der Lyayen» ilə telefonla danışıb.
Ərdoğan bu söhbətdə bildiribdir ki, Türkiyənin Avropa Birliyi ilə etimadın yaradılması istiqamətində atdığı addımlardan sonra Ankara ilə əlaqələr istiqamətində pozitiv addımlar atmaq üçün indi bu qitənin növbəsidir.
Türkiyə prezidentinin rabitə və media ofisi bu telefon danışığı barədə bir bəyanat yayaraq, bildiribdir ki, iki tərəf regional məsələlər, həmçinin ikitərəfli əlaqələrin yaxşılaşdırılması üçün addımlar barədə söhbət edibdir.
Bu bəyanata əsasən, Türkiyə prezidenti «Ursula fon der Lyayen»ə xitabən deyibdir ki, Ankara lazımi həddən artıq addımlar atıb və bu da Türkiyə ilə müsbət bir iş gündəminə başlamaq üçün Brüsseli qane edə bilər.
Ərdoğan həmçinin heç bir önşərt olmadan və mümkün olan tez bir zamanda gömrük qanunlarının yenilənməsi üzrə müzakirələrin yenidən başlanması zərurətinə təkid edib.