Bekir Pakdemirli:
Türkiyədə 81 yanğın ocağı nəzarətə alınıb
Türkiyənin kənd və meşə təsərrüfatı naziri Bekir Pakdemirli bildirib ki, hazırda 81 yanğın ocağından 70-i lokallaşdırılıb, Adana, Osmaniyə, Antalya, İzmir, Mersin, Muğlada yanğınlarla mübarizə davam edir.
SəhərAzəri –nin Sputnik xəbər agentliyinə istinadla verdiyi məlumata görə, Türkiyənin yanğınsöndürənləri 85 yanğın ocağından 74-nü lokallaşdıra biliblər. Bu barədə Türkiyənin kənd və meşə təsərrüfatı naziri Bekir Pakdemirli özünün "Twitter" səhifəsində yazıb.
O qeyd edib ki, hazırda 85 yanğın ocağından 74-ü lokallaşdırılıb, Adana, Osmaniyə, Antalya, İzmir, Mersin, Muğlada yanğınlarla mübarizə davam edir.
Nazirin sözlərinə görə, 11 yerdə yanğın davam edir. Yanğınla mübarizəyə 6 təyyarə, 9 pilotsuz uçuş aparatı (PUA), bir pilotsuz helikopter, 45 yanğınsöndürmə helikopteri, bir yanğınsöndürmə tankeri, 1 080 suçiləyici və 55 inşaat maşını, 4 mindən çox heyət cəlb edilib.