Avq 01, 2021 22:48 Asia/Baku
  • Türkiyədə geniş yanğına görə, iqamətgahlar boşaldılır

Alovun Türkiyənin cənub-qərb sahillərindəki turizm iqamətgahlarına yaxınlaşması ilə bu ölkə hökuməti həmin bölgələri boşaltmağa başlayıb və hal-hazırda alovun şölələri otellərə və yaşıyış binalarına çataraq, onları hədələyir.

SəhərAzəri-nin məlumatına əsasən, yerli mediaların yazdıqlarına görə, Türkiyənin sahil qvardiyasının gəmiləri əyləncə qayıqları və xüsusi qayıqların köməyilə turistləri təhlükəsiz nöqtələrə köçürməyə çalışırlar.

Bodrum şəhərində indiyədək üç/ beş ulduzlu otel boşaldılıbdır.

Çərşənbə günündən başlanan Türkiyədəki son yanğın nəticəsində indiyədək azı altı nəfər həyatını itirib.

Şənbə günü təsdiq olunubdur ki, Aralıq dənizinin sahillərindəki kəndlər və istirahət məkanlarında yanğının söndürülməsində fəaliyyət göstərən iki nəfər həyatını itiribdir.

Hökumət rəsmilərinin bildirdiklərinə görə, indiyədək on hal çıxılmaq şərti ilə yerdə qalan yanğınlar yanğınsöndürənləriin nəzarəti altına keçibdir.

Bodrum bələdiyyəsinin öz tvitter hesabında yaydığı təsvirlərdə alovun şölələri bazar gününün ilk saatlarında görünməkdədir.

Bodrum şəhərindəki otellər və yaşayış binaları yanmaq təhlükəsiz qarşısındadırlar.

Yerli medialar da əhalinin qaçması ilə bağlı təəssürləndirici təsvirlər yayıblar. Bu təsvirlər göstərir ki, alov dağın meşəlik ətəyindən şəhərə çatmaqdadır. Əlbəttə, bu filmin haçan çəkildiyi dəqiq şəkildə məlum deyildir.

Hal-hazırda bu yanğının qəsdən törədilib-törədilməməsinin müəyyən edilməsi üzrə təhqiqatlar başlanıb. Belə bir halda, yanğında şübhəli bilinən bir nəfər həbs olunub.

Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan şənbə günü yanğın nəticəsində beş nəfər itki vermiş Manavqat şəhərinə baş çəkib.

Ərdoğan deyibdir ki, Türkiyə hökuməti bu yanğından zərər çəkənlərə yardım edəcəyinə söz verir.

Hal-hazırda Ərdoğan Türkiyədə yanğınsöndürən təyyarələrin çatışmazlığına görə, kəskin tənqid atəşinə tutulubdur. O, tənqidlərə cavab olaraq belə deyib: Bu məsələnin əsas dəlili budur ki, Türkiyə aviasiya cəmiyyəti öz donanması və texnologiyasını yenilətməyi bacarmayıbdır.

Ərdoğanın sözlərinə görə, hal-hazırda Azərbaycan Respublikası, İran, Rusiya və Ukraynadan olan çox sayda təyyarə yanğını söndürmə əməliyyatlarında iştirak edir.

Teqlər