Türkiyənin cənub meşələrindəki yanğın səngimir
Yanğını söndürmək üzrə səylər davam edir
Türkiyədəki geniş yanğın Mersin və Antaliya vilayətlərindən geniş bölmələrin məhv olmasından sonra digər üç şəhər ətrafında davam edir.
SəhərAzəri-nin məlumatına əsasən, Türkiyənin cənubu və cənub-qərbində dənizə çıxan meşə yüksəkliklərinin min kilometrindən geniş bölmələrdəki yanğından altı günün keçməsilə 40-50 dərəcəlik isti və küləyin əsməsi bəzi bölgələrdə söndürülmüş nöqtələri yenidən alovlandırıbdır.
«Biz böhranı idarə etmək üçün əlimizdən gələni edirik, amma təəssüflə, virtual mühitdə yaradılmış qruplar, xüsusən Amerika və Avropadakı qruplar göstərilən səyləri neqativ qələmə verirlər.»- deyə, Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.
Hal-hazırda təkcə Muğla vilayətində yerləşən Marmaris və Bodrum şəhərləri arasında on altı təyyarə, əlli bir vertolyot, 850 yanğınsöndürmə maşını və beş min insan qüvvəsi yanğını söndürməyə səy edirlər.
Belə bir halda, İran İslam Respublikasının Silahlı Qüvvələri tərəfindən üç yanğınsöndürmə vertolyotu və su səpən təyyarənin göndərilməsi Türkiyə medilarında və və bu ölkə xalqının virtual mühitində geniş rezonans doğurub.
Türkiyədə böhranın idarə olunması qərargahının məsul şəxslərinin sözlərinə görə, şərq-qərb istiqamətli yanğınlar cənub-şimal istiqamətinə də yönəliblər.