Avq 07, 2021 13:25 Asia/Baku
  • Türkiyədə 209 yanğın nəzarətə alınıb

Türkiyənin kənd təsərrüfatı və meşə naziri 209 meşə yanğınının nəzarətə alınmasından xəbər verib.

SəhərAzəri-nin bildirdiyinə görə,Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bəkir Pakdemirli "tvitter" səhifəsində etdiyi paylaşımda 209 meşə yanğınının nəzarət altına alındığını bildirib. Nazir Muğlada 8, Aydında 2, Burdur, Isparta və Karabükte bir yanğının hələ də söndürülmədiyini bildirib.

Türkiyədə 28 İyuldan bəri davam edən meşə yanğınlarının söndürülməsi fasiləsiz davam edir. Mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy Marmarisdəki yanğının tamamilə nəzarət altına alındığını və söndürüldüyünü və soyutma işlərinin davam etdiyini açıqlayıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, 46 əyalətdə 214 meşə yanğınından 202 -nin nəzarət altına alındığını qeyd edib.

Türkiyədə meşə yanğınlarının başladığı gündən İran İslam Respublikası bu ölkəyə yanğınsöndürənlər və lazımı təchizatlar göndərib. Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan öz tvitter səhifəsində bu sahədə İrana xüsusi təşəkkürünü bildirmişdir.  

 

 

Teqlər