Yanğınlar Türkiyə iqtisadiyyatına ağır ziyan vurub
Türkiyə meşələrində baş verən son yanğınlar bu ölkədə ağır maddi ziyanlara səbəb olub.
SəhərAzəri-nin məlumatına əsasən, ilkin hesablamalara görə, Türkiyədə meşə yanğınları bu ölkəyə təxminən 35 milyard dollar ziyan vurub.
Türkiyənin 31 vilayətində 130-dan çox kütləvi yanğın, bu ölkə tarixinin ən böyük yanğını qeydə aldırıb.
Türkiyə meşələrinin kül olması, insan tələfatına da səbəb olub. Bundan əlavə minlərlə kənd evi yanaraq, kül olub. Fəlakət bölgəsindəki kəndlərdə minlərlə mal-qara, habelə ağır və yüngül aqrotexnika məhv edilib.
Külə dönmüş meşələrin və ərazilərin sahəsi ilə bağlı hələ ki, dəqiq statistika açıqlanmayıb, lakin yanğının miqyasını nəzərə alaraq, görünən odur ki, Türkiyənin yaşıl coğrafiyasının əhəmiyyətli bir hissəsi məhv olub.
İran, Rusiya, Ukrayna və Azərbaycan Respublikası da daxil, bölgə ölkələri yanğınsöndürən, təyyarə və vertolyot göndərərək, Türkiyəyə yardım ediblər.