Türkiyə Krımın Rusiyaya qatılmasına qarşıdır
Türkiyə hökuməti bildirib ki, heç bir şəraitdə Krım yarımadasının Ukraynadan ayrılmasını tanımayacaq.
SəhərAzəri xəbər verir: «Ankaranın nöqteyi-nəzərincə, Krımın hazırkı durumu qəbuledilməzdir»- deyən Mövlud Çavuşolğlu bildirib ki, Ankara Ukraynanın ərazi bütövlüyünə dəstək verir.
Krımın durumunun Rusiya tərəfindən dəyişdirilməsini «qanunsuz işğal» adlandıran Çavuşoğlu bununla bağlı Türkiyənin mövqeyini bildirib: Danışmaq təklikdə bəs etməz, biz həm də Ukraynanın ərazi bütövlüyünə dəstəyi bütün dostlarımız və müttəfiqlərimizə xatırladırıq.
Onun sözlərinə görə, Türkiyənin Krımın haqqını himayə üzrə münasibəti Krım tatarlarına dəstək sahəsində mühüm rola malik olacaq.
2014-cü il olayları və Ukraynada qiyamların baş verməsi gedişində Rusiya ordusu Krım yarımadasına daxil oldu. Ondan sonra azad bir referendumun keçirilməsilə Krım əhalisi yenidən Moskvaya qatılmaq üzrə təmayülünü elan etdi.
Krım böhranından sonra 2014-cü il martın 16-da keçirilən referendum bu bölgənin Rusiya federasiyasına köçürülməsi və ya Ukraynanın tərkibində qalması ilə bağlı idi. Referendum Krım parlamenti, həmçinin Sevastopolun yerli dövlət başçıları tərəfindən keçirildi.
Referendumun keçirilməsindən bir gün sonra, yəni martın 17-də yerli parlamenti tərəfindən yayılan bəyanata əsasən, bu bölgənin əhalisinin səsi ilə Krım müstəqil oldu və onun yenidən Rusiya ərazisinə qatılması qərara alındı.