Sen 01, 2021 20:47 Asia/Baku
  • Suriyanın şimalında PKK-ya ağır zərbə endirilib

Türkiyənin Milli Müdafiə Nazirliyi PKK-nın 4 üzvünün Suriyanın şimalında türk hərbçiləri tərəfindən öldürüldüyünü açıqlayıb.

 

SəhərAzəri-nin verdiyi məlumata görə, Türkiyənin Milli Müdafiə Nazirliyi bir bəyanatda, Kürdüstan Fəhlə Partiyası PKK-nın 4 üzvünün "Sülh Bulağı" əməliyyatı bölgəsində zərərsizləşdirildiyini bildirib. 

Bəyanata əsasən,  bu şəxslər "Sülh Bulağı" əməliyyatı bölgəsində bir neçə hədəfə hücum etmək niyyətindi imişlər. 

Türkiyənin Milli Müdafiə Nazirliyi dünən də "Sülh Bulağı" əməliyyatı bölgəsində 4 PKK üzvünün məhv edilməsindən xəbər vermişdi. 

Türk ordusu terrorçularla mübarizə bəhanəsi ilə iki ildən çoxdur ki, Suriyanın şimal və şimal-şərq hissələrini işğal edib və bir qrup türk əsgəri hələ də bu bölgələrdədir.

Türkiyənin Suriyanın şimalına hərbi təcavüzü Suriya xalqı və hökuməti və beynəlxalq ictimaiyyət tərəfindən qınanılır.

Teqlər