Okt 25, 2021 20:01 Asia/Baku
  • Ərdoğan istefa
    Ərdoğan istefa

Türkiyədə lirənin kəskin devalvasiyası və iqtisadi problemlər fonunda bu ölkə prezidentinin fəaliyyətindən narazılığın artmasından sonra, Türkiyə xalqı Tvitter-də "Ərdoğan istefa" haştaqını trendə çevirib.

SəhərAzəri-nin məlumatına əsasən, "FARS" xəbər agentliyinin məlumatına görə, bu gün Türkiyədəki Tvitter istifadəçiləri "Ərdoğan istefa" haştagını yayaraq, Ərdoğanı istefaya çağırbılar.

Türkiyənin Tvitter-ində trendə çevrilən digər haştaqlar, müvafiq olaraq, "Ölkə iflas edir", "Dollar 10 TL" və "Bazar ertəsi" haştaqlarıdır. 

Bu tələb, lirənin dollara nisbətdə dəyərinin kəskin düşməsinin və iqtisadi problemlərin ardınca Türkiyədə geniş yayılmış narazılıqlar fonunda irəli sürülüb.

Rəcəb Tayyib Ərdoğanın ABŞ və digər 9 Qərb ölkəsinin səfirlərinin ölkədən çıxarılması əmrindən sonra türk lirəsi bu gün (bazar ertəsi) Asiya ticarətinin başlanğıcında dollar qarşısında 1,6 faiz ucuzlaşdı.

Ötən həftə inflyasiyanın yüksəlməsinə baxmayaraq, Türkiyənin Mərkəzi Bankı tərəfindən faiz dərəcəsinin aşağı salınmasından sonra lirənin dəyəri kəskin azalmışdı.

Teqlər