Sionist rejimin hərbi canilərinə qarşı məhkəmə işi
-
türkiyə
Bir qrup türkiyəli və fələstinli vəkil bir məhkəmə ərizəsində Fələstin xalqına qarşı cinayətə görə, sionist rejim başçılarının mühakimə edilmələrini tələb edib.
SəhərAzəri-nin məlumatına əsasən, Ötən may ayında Qəzzə zolağı, qərb sahili və işğal olunmuş Qüdsə edilmiş hücumlara görə, tərtib edilmiş bu məhkəmə ərizəsi dünən İstanbulda məhkəmə rəsmilərinə təhvil verilib.
Ərizəyə imza atanlar bir bəyanatda qeyd ediblər ki, öz ərizələrində məhkəmədən fələstinlilərdən 253 nəfərin şəhid olması və minlərlə nəfərin yaralanması işinə baxmasını istəyiblər.
Bu vəkillər Türkiyəyə daxil olan kimi müttəhimlərin həbsi barədə hökmün verilməsini tələb ediblər.
Sionistlərin may ayında Qəzzə zolağı, qərb sahili və işğal olunmuş Qüdsə qarşı hücumlarında yüzlərlə fələstinli şəhid olub, uşaq və qadınlar daxil olmaqla minlərlə nəfər də yaralanıbdır.