Noy 15, 2021 13:28 Asia/Baku
  • Türkiyənin Suriyaya hərbi müdaxiləsi
    Türkiyənin Suriyaya hərbi müdaxiləsi

Türkiyə ordusu Suriyanın şimalındakı hərbi əməliyyatlarının davamında Kürdüstan Fəhlə Partiyası PKK-nın üzvlərini hədəfə alıb.

SəhərAzəri-nin məlumatına əsasən, Türkiyənin Müdafiə Nazirliyi bir bəyanat yayaraq, bu ölkə hərbçilərinin Suriyanın şimalındakı əməliyyatlarında PKK-nın iki üzvünün zərərsizləşdirildiyini bildirib.

Bəyanatda deyilir: "PKK-nın bu iki üzvü Suriyanın şimalında "Sülh Bulağı" əməliyyatı bölgəsində türk hərbçilərinə qarşı əməliyyat keçirmək niyyətində idilər".

Ankara Kürdüstan Fəhlə Partiyasını terrorçu qruplaşmalar siyahısına salıb və qruplaşma üzvlərini təqib etmək və onlarla mübarizə bəhanəsi ilə Suriyanı, eləcə də İraqı Türkiyə ordusunun cövlangahına çevirib. Türkiyə ordusunun əməliyyatı bu iki ölkə xalqının müxalifətinə baxmayaraq, davam edir.

Teqlər