MOSSAD casuslarına 20 il həbs tələbi
https://azeri.sahartv.ir/news/türkiyə-i383735-mossad_casuslarına_20_il_həbs_tələbi
On altı MOSSAD casusu üçün ittiham aktı tənzim edən İstanbul məhkəməsi onlara 20 il həbs cəzasının verilməsini istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 03, 2021 15:00 Asia/Baku
  • MOSSAD
    MOSSAD

On altı MOSSAD casusu üçün ittiham aktı tənzim edən İstanbul məhkəməsi onlara 20 il həbs cəzasının verilməsini istəyib.

SəhərAzəri-nin məlumatına əsasən,Oktybarın sonlarında Türkiyənin təhlükəsizlik və kəşfiyyat qüvvələrinin bu ölkənin dörd vilayətində eyni zamanda keçirdikləri əməliyyatda həbs olunmuş bu şəxslər vurulan ittihamları etiraf ediblər. Onların ilk mühakimə iclası 2022-ci il fevralın səkkizində keçirilməlidir.

Hamısı ərəb mənşəli olan məhbuslar MOSSAD-ın Almaniyadakı bölgə məmuru A.Z-nin nəzarəti altında fəaliyyət edirmişlər.

Fələstinlilər xüsusiyyət təşkil etməklə ərəb ölkələrinin vətəndaşları və tələbələrinin təqib edilmələri, ərəb ölkələrinin vətəndaşlarına xidmət göstərən cəmiyyət və təşkilatların müəyyən edilməsi, müdafiə sənayesi sahələrində fəaliyyət göstərən müvəffəq ərəb və türk tələbələr barədə informasiyaların toplanması Türkiyədəki MOSSAD ünsürlərinin vəzifələrindən elan olunubdur.