Dek 10, 2021 20:06 Asia/Baku
  • Qalibaf-Ərdoğan
    Qalibaf-Ərdoğan

İran İslam Şurası Məclisinin sədri Türkiyə prezidentilə görüşdə deyib ki, iki ölkənin həmkarlıqları üzrə əhatəli sənəd yekunlaşmaqdadır ki, bu da əlaqələrin inkişafı üzrə ciddi iradəni göstərir.

SəhərAzəri-nin məlumatına əsasən, Məhəmmədbaqir Qalibaf bu gün İƏT Parlament İttifaqının iclası kənarında Türkiyənin prezidenti Rəcəb Tayyıb Ərdoğan və parlament sədri Mustafa Şentopla görüşüb.

İran İslam Şurası Məclisinin sədri bu görüşdə İranın 3+3 formatında Qafqaz həmkarlıqlar təşəbbüsünü himayə etməsinə işarə ilə vurğulayıb ki, bütün Qafqaz ölkələri səmimi əlaqələrə malik olmalıdırlar və bu məsələ regionun inkişafına kömək edə bilər.

Türkiyə prezidenti də deyib ki, koronanın olmasına rəğmən, İran və Türkiyənin bu müddətdəki həmkarlıqları inkişaf edibdir.

Teqlər