Türkiyə XİN Moskva görüşü barədə bəyanat yayıb
https://azeri.sahartv.ir/news/türkiyə-i383986-türkiyə_xİn_moskva_görüşü_barədə_bəyanat_yayıb
Türkiyənin XİN-i bir bəyanatda dekabrın 10-da Moskvada keçirilən xarici işlər nazirlərinin müavinləri səviyyəsində "3+3" formatında regional məsləhətləşmələrin ilk iclasında razılaşdırılan məqamları açıqlayıb.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Dek 11, 2021 09:48 Asia/Baku
  • Türkiyə XİN Moskva görüşü barədə bəyanat yayıb

Türkiyənin XİN-i bir bəyanatda dekabrın 10-da Moskvada keçirilən xarici işlər nazirlərinin müavinləri səviyyəsində "3+3" formatında regional məsləhətləşmələrin ilk iclasında razılaşdırılan məqamları açıqlayıb.

SəhərAzəri-nin məlumatına əsasən, Bəynatda Cənubi Qafqazda regional əməkdaşlıq mexanizmlərinə də həsr olunan toplantıda Rusiya İran, Türkiyə, Azərbaycan və Ermənistanın nümayəndə heyətlərinin iştirakı xatırlanır.

Bildirilib ki, görüşdə regional əməkdaşlığın çoxşaxəli inkişafı ilə bağlı konstruktiv fikir mübadiləsi aparılıb və iştirakçı dövlətlərin ümumi marağına səbəb olan məsləhətləşmələrin praktiki məsələlərə yönəldilməsi razılaşdırılıb.

Sülhün, sabitliyin və regionda etimadın möhkəmləndirilməsi istiqamətində atılacaq addımlar kontekstində ticarət, iqtisadiyyat, nəqliyyat, mədəniyyət və humanitar məsələlərə üstünlük verilməsi müzakirə edilib.

Beş ölkənin nümayəndələri fəaliyyətlərində çevik format qəbul etməyə razılaşıblar və gələcəkdə Gürcüstanın məsləhətləşmələrdə iştirakını arzuladıqlarını bildiriblər.

Sonda qeyd olunub ki, gələcəkdə "3+3" formatında məsləhətləşmə prosedurları xarici işlər nazirlikləri arasında aparılan məsləhətləşmələrlə yekunlaşacaq.