Dek 27, 2021 23:08 Asia/Baku
  • Ərdoğan
    Ərdoğan

Türkiyə prezidenti faiz dərəcələrinin endirilməsindən sonra inflyasiyanın qarşısını alacağına söz verib.

SəhərAzəri-nin məlumatına əsasən, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının Məşvərət Şurasının İstanbulda keçirilən iclasında inflyasiyanın qarşısını alacağını vəd edib. 

Ərdoğan faiz dərəcələrinin zənginləri daha zəngin, yoxsulları isə daha da yoxsul etdiyini söyləyib və deyib: "Yüksək inflyasiyanın səbəbi məhz yüksək faiz dərəcələridir".

Türkiyədə lirənin dollar qarşısında nisbətən möhkəmlənməsinə baxmayaraq, inflyasiya 21 faizi keçib.

Türkiyə xalqı qiymət artımı, işsizlik və yoxsulluğun artmasına etiraz olaraq, bir neçə dəfə hökumət əleyhinə  nümayişlər keçirib.

Teqlər