Yan 27, 2022 12:29 Asia/Baku
  • Rəcəb Tayyıb Ərdoğan
    Rəcəb Tayyıb Ərdoğan

Türkiyə rəsmiləri təbii qazın bu ölkəyə köçürülməsi sahəsindəki problemi aradan qaldırmaq üçün iranlı rəsmilərlə məşvərət aparmaqdadırlar.

SəhərAzəri-nin məlumatına əsasən, Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan bildirib ki, İrandan təbii qazın idxalındakı texniki problemləri öyrənmək üçün Türkiyənin energetika nazirliyindən və «Butaş» enerjiköçürmə şirkətindən bir nümayəndə heyəti Tehrana yola düşüb.

Ərdoğan həmçinin deyib ki, qazköçürmənin dayanması problemi texniki nasazlığa görədir və mövcud faktlara əsasən, bu problem yaxını- on, uzağı isə- on beş günə həll ediləcək.

Texniki nasazlıq və təzyiqin aşağı düşməsi səbəbindən İrandan Türkiyəyə təbii qazın köçürülməsi keçən həftədən dayanıb. Türkiyə hökuməti də buna görə, bu ölkədə qaz ilə işləyən elektrik stansiyalarının istehlak etdikləri qazı azaltmağa məcbur olubdur.

Belə bir halda, Türkiyədə enerji təqdiminin azalması nəticəsində bir çox zavod və fabrik öz istehsal xətlərini dayandırıb.

 

Teqlər