Yan 27, 2022 12:33 Asia/Baku
  • Rəcəb Tayyıb Ərdoğan
    Rəcəb Tayyıb Ərdoğan

Sionist rejimin başçısı fevralın əvvəllərində Türkiyəyə səfər edəcək.

SəhərAzəri-nin məlumatına əsasən, Bu xəbəri verən Türkiyə prezidenti iddia edib ki, həmin səfərlə iki tərəf əlaqələrində yeni bir etap başlanacaq.

Rəcəb Tayyıb Ərdoğan bu gün səhər saatlarında bir telemüsahibədə saxta və uşaqöldürən sionist rejim başçısı İsaaq Herzoqun Türkiyəyə səfərinin fevralın ilk yarısında baş tutacağını bildirib. Deyib ki; qaz da daxil olmaqla bütün sahələrdə İsrail rejimi ilə həmkarlığa hazırıq.

Bundan öncə sionist rejim başçısı Türkiyə prezidenti ilə son təmasına işarə ilə Təl-Əviv-Ankara əməkdaşlıqlarının artırılması vacibliyinə təkid etmişdi.

Türkiyənin xarici işlər naziri bir neçə gün bundan qabaq son on üç ildə ilk dəfə olaraq, sionist rejimdəki həmkarı ilə təmas saxlamış və koronavirusa yoluxmasından sonra onun əhvalını soruşmuşdu.

 

Teqlər