Mart 12, 2022 18:32 Asia/Baku
  • Türkiyə Rusiyaya qarşı sanksiya iddiasından geri çəkilib

Türkiyə prezidentinin sözçüsü Türkiyənin Rusiyaya qarşı sanksiyalar tətbiq etmək niyyətində olmadığını bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, "Yeni Konya" internet portalı bu haqda məlumat yayıb.

Məlumatına görə, Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın deyib: "Hazırkı şəraitdə ruslarla əlaqə kanallarını açıq saxlamaq istəyirik, buna görə də Rusiyaya qarşı sanksiyalar tətbiq etməyi planlaşdırmırıq.

Prezident sözçüsü həmçinin deyib: "Təbii ki, iqtisadiyyatımızın son hadisələrdən təsirlənməsini istəmirik".

İbrahim Kalın əlavə edib: "Türkiyə Rusiya və Ukrayna arasında aparılacaq gələcək danışıqlarda vasitəçi olmaq istəyir". 

Bu elə bir haldadır ki, Türkiyədə Rusiya-Ukrayna danışıqları ilə bağlı "Diplomatiyanın yenidən qurulması" mövzusunda keçirilən Antalya Diplomatiya Forumunun ikinci iclası nəticəsiz qalıb. 

 

Teqlər