Polşa prezidenti Türkiyəyə səfər edib
Polşa prezidenti Ankarada Türkiyə prezidenti ilə görüşdə dünya ictimaiyyətinin ukraynalı didərginlərə yardımı zərurətinə təkid edib.
SəhərAzəri-nin məlumatına əsasən,Rusiya-Ukrayna savaşının ardınca Türkiyəyə səfər edən Polşa prezidenti Andjey Duda Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğanla Ankarada keçirdiyi birgə mətbuat konfransında bu təkidi ifadə edib.
Polşadakı didərginlər böhranına toxunan Duda qeyd edib ki, dünya ictimaiyyətinin Polşaya yardımdan çəkinəcəyi halda, bu ölkə çox çətin duruma düşəcək.
Ukraynada sülhün tez bir zamanda bərqərarına dəstək verən Polşa prezidenti çıxışının başqa bir hissəsində müdafiə sahəsində Türkiyə ilə əməkdaşlıqların davamına işarə edib.
Polşa prezidenti iki ölkə arasındakı mübadilələrin on milyard dollara artırılması üzrə niyyətini də açıqlayıb. Bildirib ki, bu ölkə iqtisadi sahə ilə yanaşı hərbi sahədə də Türkiyə ilə həmkarlıqlarını davam etdirmək istəyir.