Ərdoğan NATO-nun Ukrayna savaşına real yanaşmasını istəyib
https://azeri.sahartv.ir/news/türkiyə-i387248-Ərdoğan_nato_nun_ukrayna_savaşına_real_yanaşmasını_istəyib
Türkiyə prezidenti deyib ki, NATO Ukraynaya siyasi və real dəstəyini davam etdirməklə Rusiya ilə real və strateji yanaşmaya malik olmalıdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 25, 2022 06:50 Asia/Baku
  • Ərdoğan NATO-nun Ukrayna savaşına real yanaşmasını istəyib

Türkiyə prezidenti deyib ki, NATO Ukraynaya siyasi və real dəstəyini davam etdirməklə Rusiya ilə real və strateji yanaşmaya malik olmalıdır.

Rəcəb Tayyıb Ərdoğan Brüsseldə NATO ölkələri liderlərinin fövqəladə sammitinin kənarında keçirilən mətbuat konfransında əlavə edib ki, hazırda ölkəsinin səyləri Rusiya və Ukrayna prezidentlərinin görüşü üzərində təmərküzləşib.

Türkiyə prezidenti deyib ki, onun qənaətincə, Ukrayna böhranının yeganə həll yolu, Ukrayna, Rusiya və dünya ictimaiyyəti tərəfindən qəbul edilən bir formulaya əsaslanmalıdır.

Rusiya hökuməti iki ay bundan öncədən təhlükəsizlik zəmanətləri üzrə öz təklif paketini ABŞ və NATO-ya təhvil verib. Bu təklif paketi Ukraynanın NATO-ya üzv edilməməsi və bu hərbi blokun qüvvələrinin Avropanın şərqindən çıxarılmalarına şamil olur.