Ərdoğanın bahalı resepti qalmaqal yaradıb
Türkiyədə İqtisadi böhranın və yoxsulluğun kəskinləşdiyi bir şəraitdə bu ölkə prezidentinin müqəddəs Ramazan ayı üçün xüsusi resepti partiya liderləri, siyasi xadimlər və medianın etirazına səbəb olub.
SəhərAzəri-nin məlumatına əsasən, Türkiyə aylardır milli valyutası olan lirənin devalvasiyası və buna görə də yoxsulluğun artması ilə üzləşib. Vəziyyət o qədər kritikdir ki, insanlar ucuz çörək almaq üçün çörk sexlərinin qarşısında saatlarla uzun növbələr gözləyirlər.
Belə bir şəraitdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir sıra kənd təsərrüfatı fəalları ilə görüşündə mübarək Ramazan ayı üçün öz xüsusi reseptini başqalarına tövsiyə edib və bu bahalı resept medianın və siyasi xadimlərin etirazına səbəb olub.
Rəcəb Tayyib Ərdoğan görüşdə Rusiya-Ukrayna müharibəsi səbəbindən Türkiyədə ərzaq təchizatında yaranan çətinlikdən danışıb və qeyd edib ki, tələb olunan ərzaq məhsulların kəsiri digər ölkələr, o cümlədən Kanada tərəfindən təmin edilməlidir.
Hökuməti hər zaman güzəran böhranı qarşısında insanları qənaət etməyə və səbirli olmağa çağıran Ərdoğan bu görüşün ortasında mübarək Ramazan ayında orqanizmi gücləndirmək üçün öz reseptini başqalarına tövsiyə edib.