Apr 26, 2022 12:58 Asia/Baku
  • Ərdoğan:

Türkiyə prezidenti bu ölkənin silahlı qüvvələrinin İraqın şimalında Türkiyənin Kürdüstan Fəhlə Partiyası PKK-nın üzvlərinə qarşı həyata keçirdiyi “Pəncə-kilid” əməliyyatının beynəlxalq hüquq normalarına tam uyğun olduğunu iddia edib.

SəhərAzəri-nin məlumatına əsasən, Türkiyə aprelin 18-də Metina, İraq Kürdüstanı sərhədləri daxilində Metina, Zap və Avaşin-Basyan bölgələrində PKK-ya qarşı "Pəncə-Kilid" adlı əməliyyatın başlandığını açıqlayıb. Bağdad Türkiyənin hərbi əməliyyatını qınayıb və onu İraqın suverenliyinin pozulması və milli təhlükəsizliyinə təhdid kimi qiymətləndirib.

Bu arada Türkiyənin milli müdafiə naziri İraqın şimalında "Pəncə-Kilid" əməliyyatının birinci mərhələsinin sona çatdığını bildirib, lakin dırnaqarası son terrorçu zərərsizləşdirilənə qədər Türkiyənin hərbi əməliyyatlarının davam edəcəyini vurğulayıb.  

Anadolu xəbər agentliyinin məlumatına görə, Rəcəb Tayyib Ərdoğan iddiasının davamında Türkiyənin təhlükəsizliyinin sərhədləri xaricində başladığı anlayışı ilə həyata keçirdikləri əməliyyatların davam edəcəyini bildirib.

Türkiyə prezidenti yalnız 2022-ci ildə ölkənin cənub sərhədlərində son əməliyyatlarda daxil olmaqla zərərsizləşdirilən terrorçuların sayının 1000-ə çatdığını bildirib və əməliyyatın məqsədinin Zab bölgəsini terrorçu ünsürlərdən tamamilə təmizləmək olduğunu iddia edib. 

Relyefi və hava şəraitinin çətin olduğu üçün bu bölgənin illərdir terror təşkilatı tərəfindən "əlçatmaz" olaraq, xarakterizə edildiyini bildirən Ərdoğan iddia edib ki, Türkiyə tərəfindən həyata keçirilən hər bir əməliyyat kimi, son əməliyyat da Birləşmiş Millətlər Təşkilatının konvensiyasından tutmuş qonşuları ilə bağladıqları ikitərəfli müqavilələrə qədər tamamilə beynəlxalq hüquq normalarına uyğun olaraq həyata keçirilir.

Türkiyə bu yaxınlarda İraqın şimalında PKK ünsürlərinə qarşı "Pəncək-Kilidi" adlanan əməliyyata başlayıb və bu əməliyyat Bağdad rəsmiləri və siyasətçilərinin kəskin reaksiyası ilə qarşılanıb.

Teqlər