May 23, 2022 13:55 Asia/Baku
  • Türkiyənin Xarici İşlər Nazirliyi
    Türkiyənin Xarici İşlər Nazirliyi

Türkiyənin Xarici İşlər Nazirliyi müxalifətin İstanbuldakı mitinqindən əvvəl ABŞ vətəndaşlarına etdiyi xəbərdarlıq və Türkiyənin hüquq-mühafizə orqanları əməkdaşlarına qarşı iddiaları səbəbindən ABŞ-ın Ankaradakı səfirini çağırıb.

SəhərAzəri-nin məlumatına əsasən, Türkiyənin Xarici İşlər Nazirliyi bazar günü bir bəyanat yayaraq, ABŞ-ın Türkiyədəki səfiri Ceff Fleyki müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbuldakı mitinqindən əvvəl Türkiyədə yaşayan ABŞ vətəndaşlarına xəbərdarlıq etdiyi üçün çağırdığını bildirib.

Türkiyə Xarici İşlər Nazirliyi ABŞ-ın təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı güc tətbiq etməsini xatırladaraq, Türkiyədə demokratiyanın hakim olduğunu və siyasi partiyaların keçirdiyi mitinqlərin artıq Türkiyə demokratiyasında özünəməxsus ənənəyə çevrildiyini vurğulayaraq, amerikalılar tərəfindən Türkiyənin təhlükəsizlik qüvvələrinin fəaliyyətinin sual altına alınmasını qəbuledilməz adlandırıb.

"Hürriyet" qəzeti diplomatik mənbələrə istinadən bildirib ki, səfirin çağırılmasına səbəb ABŞ səfirliyinin mitinqdən əvvəl xəbərdarlığı ilə bağlı Türkiyə tərəfinin narazılığıdır.

Teqlər