May 25, 2022 20:06 Asia/Baku
  • Ankara-Təl-Əviv sövdələşməsi

Türkiyə və sionist rejim, bu rejimin Türkiyəyə hava reyslərinin həyata keçirilməsi və birgə iqtisadi komitənin fəaliyyətinin bərpa edilməsi üzrə müzakirənin bərpası barədə razılığa gəliblər.

SəhərAzəri-nin məlumatına əsasən,sionist rejimin xarici işlər naziri Yayir Lapid bu gün öz ofisində türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb.

Sionist rejimin xarici işlər naziri bu görüşdən sonra Türkiyənin xarici işlər naziri ilə birgə mətbuat konfransında deyib: Biz birgə iqtisadi komitənin fəaliyyətinin bərpa edilməsi barədə razılığa gəldik.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da deyibdir ki, müsbət bir iş gündəmi ilə sionist rejimlə əməkdaşlıq, konstruktiv formada ixtilaflarla ciddi rəftar etməkdə hər iki tərəfə kömək edə bilər.

Mövlud Çavuşoğlunun işğal olunmuş Fələstin ərazilərinə səfərinin fonunda qeyd edək ki, Ankara başçıları dəfələrlə bildiriblər ki, sionist rejimin işğalçılığı və cinayətləri qarşında Fələstin xalqına dəstək verirlər. Amma bu dəstək yalnız söz həddində olub və Türkiyə və sionist rejim bütün sahələrdə xeyli sayda gizli müzakirələr aparırlar.

Teqlər