Türkiyədə müxalifət lideri Ərdoğana meydan oxudu
Əli Babacan: “Ərdoğanın dövrü bitdi”
Türkiyədə nüfuzlu müxalifət lideri Ərdoğan dövrünün artıq bitdiyini söyləyib.
SəhərAzəri-nin məlumatına əsasən, Türkiyənin keçmiş xarici işlər naziri, hazırda Demokratiya və Sıçrayış Partiyasının lideri Əli Babacan prezident Rəcəb Təyyib Ərdoğanı sərt şəkildə tənqid edib.
Babacanın sözlərinə görə, Ərdoğan insanları inandırmağa çalışır ki, özü olmazsa, Türkiyə də olmayacaq.
Babacan deyib: “Belə deyil. Türkiyə Ərdoğanla bərabər deyil. Türkiyə Ərdoğandan çox böyükdür. Ümumiyyətlə, Türkiyə digərlərindən qat-qat böyükdür”.
Müxalifət partiyasının lideri xatırladıb ki, son 25 ildə Türkiyədə indiki qədər inflyasiya olmayıb. Türk lirəsinin devalvasiyasının ən mühüm səbəbi Ərdoğanın Mərkəzi Bankı idarə etməyə başlaması və müvafiq qurumları çaşdırmasıdır.
Əli Babacan sözlərinə əlavə edib ki, indi Türkiyədə güclü kadr var və o, ölkəni Ərdoğandan qat-qat yaxşı idarə edə bilər.