Türkiyə gəncləri Ərdoğandan məyus olublar
Türkiyə gənclərinin Ərdoğana və hakim ədalət və inkişaf partiyasının siyasətlərinə təmayülü nəzərəçarpacaq şəkildə azalıb.
SəhərAzəri-nin məlumatına əsasən, Son illər Türkiyə gənclərinin mühüm bir hissəsi işsizlik problemilə üzləşir. İqtisadi böhran, universitetlərin sayının artması və bazarın ehtiyacı ilə universitetlərin buraxılışları arasındakı uyğunsuzluq, işsiz məzunların sayının günü-gündən artmasına bais olubdur.
Məhz bu məsələ gənclərin siyasi təmayülünə də təsir edib. Proqnozlara əsasən, gələcək seçkilərdə etirazçı gənclərin səsləri yekun nəticələrdə birbaşa təsirə malik olacaq.
Türkiyədə hakim partiya ilə müxalif mühüm qəzetlərdən olan Cumhuriyyət qəzeti gənclər arasında Ərdoğanın reytinqinin aşağı düşməsi haqda yazıb ki, bu ölkə prezidentinin siyasətlərinə qarşı çıxan gənclər bildiriblər ki, sonrakı seçkilərdə ya Ərdoğan getməlidir, ya da ki, biz.